Bizim Brend
Niza – əsası dizayner Mayey Kalu tərəfindən qoyulmaqla 20 ildən çox təcrübəsi ilə qadın modaları sahəsində ixtisaslaşan bir şirkətdir.
İlk növbədə, bu ispan markası incə və dəbdəbəli kokteyl paltarlar kolleksiyasının geniş çeşidi hesabına qadınları məftun etmişdir Nizanın təqdim etdiyi paltarların başlıca üstünlüyü materialların yüksək keyfiyyətində, təbii parçalardan istifadə olunmasında, habelə əl işinin yüksək faiz nisbəti hesabına əldə olunan orijinal və mükəmməl dizayndadır.
Bu illər ərzində Niza tendensiya və eksklüzivlik arayan qadın üçün fərqli bir moda işləyib hazırlamışdır. İşə bağlılıq və ona qoyulan səylər, geyimin gətirdiyi uğurlar nəticə etibarı ilə bütün dünyada təkbrendli 35 ticarət nöqtəsinin və 500-dən artıq çoxbrendli ticarət nöqtəsinin meydana gəlməsinə səbəb olan artıma gətirib çıxarmışdır.
Niza son zamanlar əsas diqqətini dövriyyəsinin 35%-ni təşkil edən beynəlxalq bazarların inkişafına yönəltmişdir.
Niza 2016-cı ildə “İspaniya Assosiasiyasının Peşə İmici Qızıl Medalı” ilə təltif olunmuşdur.